“Çox maraqlı oyun oldu. Hər iki komanda hücum futbolu oynadı. Bu oyunda biz daha istəkliydik. Oyunçuları təbrik edirəm. Müdafiədə səhvsiz oynadıq. Ayitenin öz oyununu tapması məni çox sevindirdi. Bilirsinzi ki, itkilərimiz var idi. Amil cəzalı, Klenon və Serdar Taşkın zədəli idi. Ancaq meydana çıxanlar yaxşı oyun sərgilədi”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Keşlə”ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XXI turu çərçivəsində evdə keçirilən “Sabah” matçı sonrası deyib. O, daha sonra belə davam edib:
“Rəqibi yaxşı analiz etmişdik. Mən həmişə öz komandamın oyununa daha çox fikir verirəm. Onlara məğlub olsanız belə, oyununuzdan zövq alın deyirəm. Bu gun onların oyunu məni sevindirdi. İstədiyimiz oyunun 60-70 faizini gördüm.”