Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
İdmanxeber.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Çin təmsilçisi Çenminq Ksyao ilə dueldən məğlub ayrılıb.
Ağayev əvvəlki raundda Eldar Kurmanaliyevi (Qırğızıstan) üstələmişdi.
Qeyd edək ki, yarış iyunun 4-də başa çatacaq.