Kateqoriyasız

Tahir Gözəl AEL-lə matç öncəsi Qurban Qurbanovla görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl Konfrans Liqasının III təsnifat mərhələsində  AEL-lə cavab matçı öncəsi komandanın baş məşqçisi Qurban Qurbanov və klubun idarəçiləri ilə görüşüb.

Görüşdə “Qarabağ”ın son avrokubok qarşılaşmaları ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, Tahir Gözələ yeni transferlər haqda ətraflı məlumat verilib. O da öz növbəsində yeni gələn futbolçuların tezliklə komandaya uyğunlaşacağına ümid etdiyini və komandanın gücünə güc qatacaqlarına inandığını deyib. Tahir Gözəl “Qarabağ”ın uğurlarında pay sahibi olmuş Riçard Almeydanın qayıdışından məmnun olduğunu söyləyib və davam edən transfer çalışmaları ilə bağlı hesabatı dinləyib.

Tahir Gözəl sabah AEL-ə qarşı cavab oyununda başda Qurban Qurbanov olmaqla komandaya uğurlar arzulayıb. O, həmçinin bildirib ki, belə görüşlərin bundan sonra çox olması və gələcək üçün strategiya ilə bağlı mütəmadi müzakirələr aparılması çox vacibdir.

Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43