Kateqoriyasız

Tahir Gözəl “Qarabağ”a dəstək olmaq üçün Budapeştə gedib

“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə gedib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, funksioner “Ferentsvaroş”la UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi komanda üzvləri ilə görüşəcək. O, daha sonra qarşılaşmanı stadiondan izləyəcək.

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki “Groupama Arena”da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43