19 Sentyabr 2024
Ölkə futbolu

Tahir Gözəl “Zirə” və “Sabah”ı təbrik etdi

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa miqyaslı turnirlərə uğurlu start münasibətilə Azərbaycan klublarını təbrik edib. 

İdmanxeber.az-ın məlumatına görə, klubun mətbuat xidmətinə açıqlamasında o, təmsilçilərimizə növbəti mərhələdə uğurlar arzulayıb:

“Azərbaycan klublarının yeni start götürən Avrokubok mövsümündə göstərdiyi performans futbol ictimaiyyəti olaraq hamımızı sevindirir. Komandam “Qarabağ”ın Çempionlar Liqasına inamlı başlaması, rəqibini iki oyunun nəticəsinə görə böyük hesabla məğlub etməsi, “Zirə” və “Sabah” klublarının UEFA Avropa Konfrans Liqasında növbəti mərhələyə adlaması bizə böyük qürur və gələcək oyunlar üçün ümid verir. Avropa arenasında qazanılan hər bir qələbə, keçilən hər bir mərhələ Azərbaycan futbolu adına irəliyə doğru atılmış bir addımdır. Bu, həm Avropada klub reytinqimizin yüksəlməsinə, həm də Azərbaycan klublarının tanınmasına və inkişafına birbaşa təsir edir”.

T.Gözəl növbəti mərhələdə də klublarımıza uğurlar arzulayıb:

“Bu uğurların arxasında duran klub rəhbərliklərini, məşqçilərimizi, futbolçularımızı, klub əməkdaşlarımızı və azarkeşlərimizi ürəkdən təbrik edirəm, növbəti mərhələdə “Qarabağ”la yanaşı, “Zirə” və “Sabah”a uğurlar arzulayıram. Azərbaycan futbolsevərlərini klublarımızın yanında olmağa və onları dəstəkləməyə çağırıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43