Kateqoriyasız

Tahir Gözəl “İmarət”in işini dəyərləndirdi: ” “Onların gördüyü işlər…”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Premyer Liqanın 12-ci turunda dünən baş tutan “Qarabağ” – “Qəbələ” matçından (4:3) sonra açıqlama verib.

Klubun rəsmi saytına danışan T.Gözəl qarşılaşma ərzində onlara dəstək olan bütün azarkeşlərə, xüsusilə də “İmarət” fan-klubuna təşəkkürünü bildirib: “Onların gördüyü işlər heyranlıq hissi oyadır. Matç boyu komandamızı dayanmadan dəstəkləyən bütün azarkeşlərimizə və əsasən də “İmarət” fan-klubuna təşəkkür edirəm. Ümid edirəm ki onların gördüyü iş nəticəsində həm səfər, həm də ev oyunlarımızda stadionları dolduracağıq”.

O bildirib ki, yaxın gələcəkdə “İmarət” fan-klubuna hər tərəfli dəstək olmağa hazırdırlar: “Onlara işlərində uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43