“Təəssüf ki, alınmadı. Ancaq unutmayaq ki, qarşımızdakı klub “Barselona”nı 2012-ci ildə udna komanda idi. “Mançester Yunayted”dən, Hollandiyadan futbolçuları olan komanda idi. “Qarabağ”la fəxr edirəm”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Seltik”lə oyundan sonra deyib.
Klub rəsmisi yeni transferlərin tənqid olunmasını düzgün hesab etmədiyini bildirib:
“Oyundan razı qaldım. Əsas odur ki, Qurban Qurbanova inamımız tamdı. Mən hər oyunda güclü “Qarabağ” görəcəm desəm yanlış olar. Əsas odur ki, “Qarabağ” gözəl oynadı. Leroy Corc, Muarem Muarem üçün darıxıram”.