Kateqoriyasız

Tahir Gözəl: “…xoşhallanmamaq mümkün deyil” – MÜSAHİBƏ

Bu gün “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubun aşağı yaş qruplarına idman direktoru təyin olunan hollandiyalı Con van Loen və azyaşlı futbolçularla, onların valideynləri ilə görüş keçirib. Görüşdən sonra Gözəl klub saytına müsahibə verib:

– Con van Loenun təyinatını yüksək qiymətləndiririk. O, Hollandiya kimi futbol mədəniyyəti olan ölkədən gəlib. Ölkəsinin yığmasında oynayıb. Zəngin karyeraya malikdi. Loenin ən əsas işi aşağı yaş qruplarında monitorinq təşkil etmək olacaq ki, onun təcrübəsinə əsaslanan fəaliyyəti nəticəsində “alt yapı”da müsbət yöndə dəyişikliklər olacağına inanırıq. Ən xoşuma gələn amil isə Loenin özü üçü burada olmadığını bildirməsi oldu. Bu, onun işinə peşəkar yanaşmasından əlavə xarakterinin də “Qarabağ” fəlsəfəsinə uyğun gəldiyini göstərir.

– Loenin fəliyyətindən nələr gözləyirsiz?
– İlk növbədə maariflənmə. Çünki tədris metodologiyası bizim üçün çox önəmlidi. Loendən ilk növbədə aşağı yaş qruplarımızda olan məşqçilərimizin Avropa məşqçilik prinsiplərinin inteqrasıyanın sürətləndirməsini gözləyirik.

– Sizin Hollandiya futboluna olan özəl sevginizi bilirik. Loenin təyinatını xoş sürpriz kimi dəyərləndirmək olarmı?
– Əlbəttə (gülür). Mənə görə, zamandan asılı olmayaraq Hollandiya futbolu öz estetikasını heç vaxt itirmir. Hər dəfə bu ölkəyə yolum düşəndə hər 2 addımdan bir futbol meydançalarını görəndə, insanların bu oyuna sevgisini sezəndə xoşhallanmamaq mümkün deyil. Əminəm ki cənab Loenin metodikası sayəsində gələcək futbolçularımızda holland futbol fəlsəfəsinin elementlərinin şahidi olacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43