26 Dekabr 2024
Ölkə futbolu

Tahir Gözəldən “Qarabağ” azarkeşlərini sevindirəcək xəbər: “Çalışacağıq ki…”

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu turnirdəki ilk matçında Maltada “Valetta”nı məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan bir neçə gün öncə qarşılaşmanın canlı yaymlanıb-yayımlanmayacağı ilə bağlı müzakirələr gedirdi. Hətta Maltada baş tutacaq ilk matçın canlı yayımlanmaması təsdiqini tapdığı bir vaxtda azarkeşlərin etirazı və klubun təşəbbüsü ilə İdman Azərbaycan telekanalı sözügedən oyunu ekranlara gətirdi. Bəs maraqlıdı, görəsən “Qarabğ” ikinci mərhələyə adladıqda da canlı yayım məsələsində problemlər olacaq?

Ağdam klubunun vitse-prezidenti Tahor Gözəl idmanxeber.com-a açıqlamasında qitənin ən nüfuzlu klub turnirindəki oyunlarını canlı yayımlanması ilə bağlı məsələni müzakirə edəcəklərini və müsbət yöndə həllinə çalışacaqlarını bildirib:

“Biz istəyirik ki, oyunlarımız canlı yayımlansın və azarkeşlər “Qarabağ”ın nəyə qadir olduğunu görsünlər. Ancaq mən indi (red.-dünən) ölkə xaricindən gəlirəm. Bu məsələni klubdaxili iclasda da müzakirə edəcəyik və müsbət həllinə çalışacağıq. Biz bizə güvənən hər kəsə təşəkkürümüzü bildiririk. “Qarabağ” hər zaman canlı yayım məsələsində həssas olub. Ona görə də, bu məsələni mütləq müzakirə edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43