27 Dekabr 2024
Ölkə futbolu

Tahir Süleymanov “yumuşaltdı”: “O, bizim ən böyük transferimiz idi”

“Nazim Süleymanovun istefası gözlənilməz oldu. Onun belə gözlənilməz addım atmasından sonra biz bu qərardan sonra şoka düşdük. Ona görə də hər hansı baş məşqçi ilə danışıqlar aparmırıq. Bu gün klubdaxili iclas olacaq. “Neftçi” hər zaman yerli məşqçilərə üstünlük verib və bu həmişə də belə olacaq. Ancaq indiki durumda hansısa baş məşqçinin kluba təyin olunacağı müzakirə olunmayıb”.

Bu sözləri idmanxeber.com-a “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Klub rəsmisi Böyükağa Hacıyevin baş məşqçi psotuna gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:

“Yenə deyirəm, biz heç kimlə danışıq aparmırıq. Süleymanovun gedişi bizim üçün gözlənilməz oldu. O, bizim ən böyük transferimiz idi. Qaldı ki, Böyükağa Hacıyevə, o klubdadı, ayrı deyil. Böyükağa müəllim “Neftçi”də Sadıq Sadıqovun müşaviri vəzifəsindədi. Ona görə də, bu məsələ bu gün həllini tapa da bilər, tapmaya da”.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43