“Mən Avroliqada bu mövsümdə birdən-birə üç mərhələ keçəcəyimizi gözləmirdim. Amma biz buna nail olduq. Məncə, bu artıq çox böyük uğurdur”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.
Heydərov ukraynalı məşqçinin fəaliyyətindən razı qaldığını deyib.
“Düşünürəm ki, hələlik Qriqorçukun Ukraynaya qayıtmaq fikri yoxdur. Əgər gələcəkdə bu fikrə düşsə, biz əlimizdən gələni edəcəyik ki, onu komandamızda saxlayaq”.