Ölkə futbolu

Tale Heydərov: “Syominin bizimlə qalacağı ilə bağlı hələ qərara gəlməmişik”

“Yuri Syomin çox adlı-sanlı məşqçidi. O, “Qəbələ”yə kömək etmək üçün Azərbaycandadı. Düşünürəm ki, onun birinci ilini uğurlu hesab etmək olar. Biz Azərbaycan Kubokunun finalına çıxmışıq və hazırda çempionatda dördüncü pillədəyik, avrokuboklara düşmüşük. O, uğura nail ola bilib. Syominin bizimlə qalacağı ilə bağlı hələ qərara gəlməmişik. Syominin özü qərara gəlməyib. Yaxın vaxtlarda bütün detalları onunla müzakirə edəcəyik. Şəxsən mən istərdim ki, Syomin bizdə qalsın. Belə ki, o, təcrübəli və yaxşı məşqçidi. Ancaq hər şeyi vaxt göstərəcək”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov deyib.

CBC kanalına müsahibə verən Heydərov Azərbaycan kubokunu qazanmaq istədiklərini bildirərək, avrokuboklarda komandasının legionerlərlə güclənə biləcəyini vuğrulayıb:

“Bu, gələcək məşqçinin qərarıdı. Mən bu işlərə müdaxilə etmirəm və məşqçimizi dəstəkləyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43