Kateqoriyasız

“Tanrı “Qarabağ”da ilk qol vurmağımı həmin günə nəsib etdi” – Kolumbiyalı futbolçu

“Həqiqətən də gözləyirdim ki, komandam üçün qol vuracağım gün gələcək. Buna görə çox xoşbəxtəm. Çox şirin və unudulmaz an idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qəbələ” ilə qarşılaşmada (5:1) fərqlənən kolumbiyalı futbolçu, Ağdam komandasında ilk rəsmi qolunu vurub. Medina bu haqda fikirlərini bildirib:

“Həqiqətən də, gözləyirdim ki, komandam üçün qol vuracağım gün gələcək. Buna görə çox xoşbəxtəm. Çox şirin və unudulmaz an idi. Hər dəfə standart vəziyyətlərdə irəli gedəndə düşüncəmdə qol vurmaq və komandama xeyir vermək olub. Ancaq qol vurmağım alınmırdı. Tanrı “Qarabağ”da ilk qol vurmağımı həmin günə nəsib etdi. Qarşılaşmada qapımıza mənim müdaxiləmdən sonra penalti təyin edilmişdi. Bu səbəbdən, komandamız mənə görə qol buraxdı. Daha sonra isə tanrı mənə qol vurmaq fürsəti yaratdı. Qol vurduqdan sonra ikiqat sevinc yaşadım. Bu mövsüm bir qolla kifayətlənmək istəmirəm. Ən azı dörd qol vurmaq fikrindəyəm. Hədəfim budur”.

Bu gün 29 yaşını qeyd edən Medina azarkeşlərə xoş mesajlara görə təşəkkürünü bildirib:

“Doğum günümlə bağlı azarkeşlərimizdən çoxsaylı xoş mesajlar alıram. Onların hər birinə təşəkkür edirəm. Azarkeşlərimizin dəstəyini hər zaman hiss edirik. Çalışacağıq ki, mövsümün sonunda onları sevindirək. Hazırda çempionatda 1-ci pillədəyik və mövqeyimizi qorumaq üçün sona qədər mübarizə aparacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43