16 Sentyabr 2024
Ölkə futbolu

“Tarixi titullarla zəngin olan kluba qarşı oynayacağıq” – “Sabah”ın baş məşqçisi

“Sabah” UEFA Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Makkabi”nin qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun baş məşqçisi Krunoslav Renduliç görüş öncəsi mətbuat konfransı keçirib:

“Nəhayət, yenidən oyunlara başlayacağımız üçün xoşbəxtik. Oyunlara başlamağın verdiyi xoşbəxtlikdən əlavə, avrokuboklarda çıxış edəcəyimizə görə də sevincliyəm. Düşünürəm ki, son mövsümdə çox yaxşı çıxış etdik və mövsümü yaxşı nəticə ilə başa vurduq. Sabah bizi vacib oyun gözləyir. Biz tarixi titullarla zəngin olan kluba qarşı oynayacağıq. Son mövsümdə onlar avrokuboklarda yaxşı çıxış ediblər və bu oyunun favoritidilər. Amma bizim şansımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu iki oyunun nəticəsinə əsasən biz mərhələni keçə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43