19 Fevral 2025
Kateqoriyasız

Tərlan Əhmədov: “Deyə bilmərəm ki, bu bizim üçün dönüş nöqtəsidir”

Topaz Premyer Liqasının 4-cü turunda AZAL səfərdə “Qəbələ”ni 2-1 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini rəsmiləşdirdi.

İdmanxeber.com-un məlumatına görə, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov oyundan sonra bu fikirləri səsləndirib:

“Mövsüm başlayandan komandada böyük dəyişikliklər etmişik. Heyətə 12 yeni futbolçu cəlb edilib. İlk turlarda da demişdim ki, öz oyunumuzu göstərmək üçün hələ zamana ehtiyacımız var. Lakin bugünkü oyun da göstərdi ki, komanda üzvləri bir-birinə hələ tam uyğunlaşmayıb. Qələbə bizə çox vacib idi. Deyə bilmərəm ki, bu bizim üçün dönüş nöqtəsidir. Mövsüm uzundur, komandada özünəinam hissinin olması üçün qalib gəlməli idik. Futbolda mübarizəsiz heç nəyə nail ola bilmərik. Ruslan Məcidov və Tomi Kostadinovun olmaması bizə müəyyən çətinliklər yaradır. Onlar yaxın zamanda komandaya qoşulacaqlar. İlk oyunda Rəşad Abdullayevi ehtiyatda saxlamışdım ki, ehtiyac olanda oyunda dönüş yarada bilək. Viktor İqbekoyi artıq neçə mövsümdür ki, komandadır. Əvəzetmədən meydana daxil olub göstərdiyi əzmkar oyun ilə dönüş yarada bilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43