AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Türkiyəyə yollanıb.
İdmanxeber.com-un məlumatına görə, yerli mütəxəssis PRO kateqoriyası almaq üçün bir neçə gün İstanbulda qalacaq.
Dekabrın 29-dək davam edəcək səfər müddətində T.Əhmədov “Beşiktaş” klubunun düşərgəsində olacaq və komandanın məşqlərini izləyərək, təcrübə toplayacaq.
Qeyd edək ki, PRO kateqoriyası almaq üçün 43 yaşlı mütəxəssisin daha 1 həftə təlim-məşq toplantısı keçməsinə ehtiyac var. O, həmin təcrübəni 2015-ci ildə keçəcək.