Premyer Liqa

Tərlan Əhmədov: “Biz məşqçilər korpusunun bir səhvi ondan ibarətdir ki,..”

Premyer Liqanın VI turu çərçivəsində doğma azarkeşlər önündə "Sumqayıt"la bərabərə qalan (1:1) "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında oyun haqda fikirlərini bildirib.

"Futbolçularımıza öncədən də tapşırmışdıq ki, belə komandalarla oyun çətin olur. "Sumqayıt" kimi komandalar qapalı futol oynayırlar. Marafon uzundur. Platyenin qarşıdakı oyunlarda özünü göstərəcəyinə ümid edirik. Biz məşqçilər korpusunun bir səhvi ondan ibarətdir ki, gərək ilk hissədə Cavid İmamverdiyevi meydana buraxaydıq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43