22 Dekabr 2024
Ölkə futbolu

Tərlan Əhmədov: “Bu büdcə ilə Premyer Liqada oynamaq çox çətindir”

“Məğlub olduğumuz üçün məyusam. Amma bizim vəziyyətimizdə başa düşüləndir. Çünki Premyer Liqada bu büdcə ilə nəyəsə nail olmaq çox çətin məsələdir. Premyer Liqada oynayan futbolçunun 200-300 manat maaş almasını eşidəndə bu, məni qayğılandırır. Premyer Liqada belə büdcə ilə işləmək ağırdır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri CBC telekanalına AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“Qəbələ”nin son altı ayda yüksək səviyyədə futbol oynadığı hamıya bəllidir. Artıq komanda Avropa Liqasında “pley-off”a yüksəlib. Ancaq deməzdim ki, bu gün onlardan geri qaldıq. Hər halda oyun bizim üstünlüyümüzlə keçdi. Komandamdan razı qaldım. Düzdür çatışmazlıqlar çoxdur. Müdafiə və hücum xəttində problemlərimiz var. Bu problemlər son iki oyunda özünü göstərir. Yaradılan qol vəziyyətlərindən istifadə edə bilmirik. Görəcək işimiz çoxdur. Əgər biz AZAL-ın nəyəsə nail olmasını istəyiriksə, komandaya yeni legionerlər cəlb olunmalıdır. Bununla da komanda öz adını, imicini geri qaytara bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43