Ölkə futbolu

Tərlan Əhmədov istefaya göndərilir

Azərbaycan superkubokunun “Xəzər Lənkəran”a qarşı keçirilən bugünkü oyununda uduzan "Neftçi" baş məşqçinin səlahiyyətləri vəzifəsini icra edən Tərlan Əhmədovu istefaya göndərməyə hazırlaşır.

Buna komandanın “Xəzər Lənkəran”a məğlubiyyəti səbəb olub.
“Neftçi”nin prezidenti Sadıq Sadıqov məlumatı təsdiqləyib. O qeyd edib ki, Topaz Premyer Liqanın qarşıdakı 11-ci turun "Simurq"la oyununa "Neftçi" hazırkı məşqçilər korpusunun rəhbərliyi ilə çıxacaq, bundan sonra isə komandaya yeni baş məşqçi gətiriləcək.

qol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43