Ölkə futbolu

Tərlan Əhmədov: “Lənkəranda “Xəzər Lənkəran”a qarşı oynamaq çətindir”

Topaz Premyer Liqasının 18-ci turunda AZAL Lənkəranda “Xəzər Lənkəran”la üz-üzə gəldi. Oyunda hesabı AZAL açsa da, “Xəzər Lənkəran” bərabərlik qolunu vurmağı bacardı – 1-1.

İdmanxeber.com-un məlumatına görə, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Lənkərandakı bərabərliyi belə şərh edib:

“İlin son oyununda qələbə qazanmaq istəyirdik. Açığı, buna yaxın idik. Amma son dəqiqələrdə buraxdığımız qol buna imkan vermədi.  1 xal qazanmağımıza görə də şadam. Çatışmazlıqlarımız var. Vurduğumuz qədər də qol buraxırıq. Fasilədə problemləri aradan qaldırmağa çalışacağıq. “Xəzər Lənkəran”ın adı var, imici var. Oyunu ilə göstərir ki, potensiala malikdir. Lənkəranda “Xəzər Lənkəran”a qarşı oynamaq çətindir. Biz isə səfər oyunlarında xallar qazanmağı bacarırıq. Mənim üçün heyətdə əsas məsələ rəqabətin olmasıdır. Komandada nə əzizim var, nə də sevimli oyunçum. Kim layiqdirsə, o da meydançaya çıxır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43