AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Kəpəz"lə bərabərə qaldıqları matçı (1:1) şərh edib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, oyunun gərgin keçəcəyini əvvəlcədən bildiklərini deyib:
"Futbolçulara demişdim ki, “Qarabağ”la oyundan daha çətin bir görüşə çıxırıq. Məqsədimiz 3 xal qazanmaq idi, amma bir xal əldə etdik. Gəncə klubu ikinci hissədə daha yaxşı futbol nümayiş etdirdi. Deməliyəm ki, futbolçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi”.