21 Dekabr 2024
Kateqoriyasız

Tərlan Əhmədovun istəyi ilə AZAL-da yenilik

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Araz Naxçıvan”la qarşılaşacaq AZAL bu görüşə hazırlığı davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər” “AZAL Arena”da məşqlərə ara vermədən davam edir.

Həftənin əvvəlindən başlayan hazırlıq qrafikinə uyğun olaraq, bu gün komandanın 2 məşqi baş tutub. Səhər hazırlığı fiziki, axşam məşqi isə taktiki-texniki yöndə olub. Bütün futbolçuların qatıldığı hazırlıqda zədəsini sağaltmış Viktor İqbekoyi də iştirak edib.

Bu arada AZAL-ın hazırlığına 3 yeni futbolçu da qoşulub. Baş məşqçi Tərlan Əhmədovun istəyinə əsasən məşqdə aşağı yaş qruplarından da oyunçular iştirak edib. Belə ki, Əsgər Hüseynov, İsmayıl İbrahimli və Ümid Ümidov “böyüklər”lə birgə məşq edib. Özü də bu “üçlük” hamı kimi bütün məşq prosedurunu keçib.

Qeyd edək ki, bu proses daimi xarakter daşıyacaq. Yəni hər həftə aşağı yaş qruplarından istedadlı uşaqlar əsas komandanın məşqlərinə cəlb olunacaq. T.Əhmədov bu yolla həmin yeniyetmə və gənclərin daha da “artıracağı”na inandığından prosesin müvəqqəti yox, daimi olmasına qərar verib. Belədə hər həftə aşağı yaş qruplarından 2-3 perspektivlu futbolçu əsas komandanın ab-havasını duymuş olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43