Kateqoriyasız

Təxirə salınmış “Bakı” – “Simurq” matçının başlama saatı açıqlandı

Topaz Premyer Liqasının VII turunda “Sumqayıt”la qarşılaşan “Simurq” ara vermədən növbəti oyunun hazırlıqlarına başlayıb. Səhər saatlarında məşqə çıxan Zaqatala təmsilçisinin heyətində son matçda forma geyinən futbolçulara qaçış və isinmə hərəkətlərindən sonra istirahətə çəkilib. Digərləri isə kiçik qapılarda ikitərəfli oyunla çalışmaları tamamlayıb.  Oktyabrın 2-də ilk turda təxirə salınmış “Bakı”yla oyuna çıxacaq “sarı-qaralar” bu gün Zaqataladakı hazırlıqları bitirərək paytaxtda yola düşəcək. “Bakı” – “Simurq” qarşılaşması saat 16:00-da “Bakı FK-nın təlim-məşq toplanışı bazası”nda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43