28 Noyabr 2021
Kateqoriyasız

Teymur Rəcəbov: “Qələbəyə görə özümü xoşbəxt hiss etmirəm”

“Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm”.

İdmanxeber.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında Niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında deyib.

34 yaşlı qrossmeyster bunun qələbə kimi hiss olunmadığını vurğulayıb: “Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil”.

Qeyd edək ki, Teymur Rəcəbov bu gün yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Azərbaycanı məğlub edib…” = “Ayaks”ın ulduzu

admin

“Qarabağ” – “Neftçi”: start heyətlər

admin

Millinin sabiq üzvü intihar etdi

admin