Türkiyə Superliqasının 24-cü turu çərçivəsində keçirlmiş “Trabzonspor” – “Fənərbağça” matçında baş vermiş məlum olaylara görə, Türkiyə Futbol Federasiyası (TFF) müvafiq qərarlar verib.
İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TFF həmin oyunda yerli azarkeşlərin meydançaya partlayıvı maddə, yad əşyalar ataraq oyunun dayandırılmasına səbəb olmuşdular. Buna görə də, TFF Trabzon klubunu sərt cəzalandırıb. Komanda 6 ev oyununu azarkeşsiz keçirəcək. Bundan əlavə qaradənizlilər 80 min türk lirəsi ilə cərimələnib.
Trabzon təmsilçisi bu mövsüm “Kasımpaşa”, “Gənclərbirliyi”, “Qaziantepspor” və “Qalatasaray”la mühim ev oyunlarında azarkeş dəstəyindən məhrum olacaq.