“Rəvan”ın braziliyalı futbolçusu Tiaqo Bezerra fevralın 28-də keçiriləcək AZAL-la matçda da forma geyinə bilməyəcək.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi zədəsi hələ də sağalmayıb və onun “təyyarəçilər”lə oyuna kimi də düzələcəyi gözlənilmir. Əvəzində Tiaqo “Xəzər Lənkəran”la oyuna kimi hazır olacaq və Güvənç Kurtarın sərəncamında olacaq.