Dünya futbolu

“Tobol” azarkeşlərindən Emil Balayevə dəstək

Qazaxıstan Premyer Liqasının son turunda “Aktobe” ilə görüşdə kobud səhvlə yadda qalan “Tobol”un qapıçısı Emil Balayev azarkeşlərin dəstəyini alıb.

“Tobol” fanatları sosial şəbəkə vasitəsilə millimizin üzvünü ruhdan düşməməyə çağırıblar.

Balayev isə İnstaqram səhifəsində ona dəstək olan fanatlara və komanda yoldaşlarına təşəkkür edib.

Xatırladaq ki, “Tobol”un 2:1 hesabı ilə qalib gəldiyi oyunun son dəqiqələrində Emil Balayev qapı qarşısında rəqib futbolçusunu aldatmaq istəsə də, topu itərərək qola səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43