İdman

Toğrul Əsgərov həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satmaqda təqsirləndirilən Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İdmanxebe.com-un məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə  hökm oxunub. Məhkəmə kollegiyasının hökmüylə Toğrul Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Cəlilabad rayon sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.

Əsgərov basketbolçu olub. O, “Qala” klubunun üzvü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43