28 Sentyabr 2021
Kateqoriyasız

Tokio-2020: Azərbaycan güləşçisi 1/4 finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

İdmanxeber.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ukrayna təmsilçisi Vasil Mixaylovla üz-üzə gəlib. Rəqibinə 4:2 hesabıyla qalib gələn Bayramov 1/4 finala vəsiqə qazanıb.

Turan Bayramov 1/4 finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb. Azərbaycan təmsilçisi bu görüşdən məğlub ayrılıb.

Çamizo finala çıxacağı təqdirdə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi”dən qələbə, “Zirə” “Keşlə” ilə heç-heçə etdi

admin

“Sumqayıt”dan 60-cı qələbə

admin

Rəşad Sadıqov cəbhə bölgəsində – FOTO

Fariz Fariz