İdman

Tokio-2020: Azərbaycan daha iki qızıl medal qazandı

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, para-atletimiz Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyaraq paraolimpiya rekordu qırıb. Digər para-atletimiz Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43