Kateqoriyasız

Tokio-2020: Azərbaycandan 12-cı qızıl medal

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, o, para-üzgüçümüz Roman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik nəticə göstərib və bütün rəqiblərini qabaqlayıb.

Bu, Roman Saleyin Tokio-2020-də 3-cü qızıl medalı olub.  O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci qızıl medalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43