İdman

Tokio-2020: Azərbaycanlı idmançı Ermənistan təmsilçisinə uduzdu

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb.

63 kq çəkidə mübarizə aparan dünya çempionu “Ryoqoku Kokuqikan” İdman Sarayında 1/8 finalda Ovanes Baçkovla (Ermənistan) üz-üzə gəlib. Çələbiyev 1:4 (28:29, 29:28, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olub və yarışda çıxışını dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43