İdman

Tokio-2020: Azərbaycanlı idmançı yarımfinala yüksəldi

Azərbaycanın daha bir qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Bosniya və Herseqovinanı təmsil edən Larisa Tseriçlə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib.

O, bu mərhələdə Cənubi Koreya təmsilçisi Min-Cin Hanla üz-üzə gəlib. Rəqibinə bu dəfə də ipponla qalib gələn Kindzerska yarımfinala yüksəlib. O, finala gedən yolda Yaponiyanı təmsil ediən Akira Sone ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43