Kateqoriyasız

Tokio-2020: Boksçumuz qələbə qazandı, erməni ilə qarşılaşacaq

Daha bir boksçumuz Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Cavid Çələbiyev 1/16 finalda Ukrayna boksçususu Yaroslov Hartsizlə görüşüb. Dünya çempionumuz bu dueldə qələbə qazanıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28).

O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də Bakı vaxtı ilə 07:36-da başlayacaq.

Bunadək boks yığmamızın üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenso Sotomayor (69 kq) mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43