İdman

Tokio-2020-də medal sıralaması

Tokio-2020-nin 7-ci günündən sonra medal sıralamasında Çin liderdir.

İdmanxeber.az-ın məlumatına görə, Asiya ölkəsi 19 qızıl, 10 gümüş və 11 bürünc medalla ilk pillədə qərarlaşıb.

Yaponiya 17 qızıl, 4 gümüş, 7 bürünclə ikinci, ABŞ isə 14 qızıl, 16 gümüş, 11 bürünclə üçüncüdür.

Azərbaycan isə medal sıralamasında 63-cüdür. Bu, bu gün bürünc medal qazanan cüdoçu İrina Kindzerskanın sayəsində olub.

1. Çin – 19 qızıl, 10 gümüş, 11 bürünc (40)

2. Yaponiya – 17 qızıl, 4 gümüş, 7 bürünc (28)

3. ABŞ – 14 qızıl, 16 gümüş, 11 bürünc (41)

4. ROK (Rusiya Olimpiya Komitəsi) – 10 qızıl, 14 gümüş, 10 bürünc (34)

5. Avstraliya – 9 qızıl, 2 gümüş, 11 bürünc (22)

6. Böyük Britaniya – 6 qızıl, 9 gümüş, 9 bürünc (24)

7. Cənubi Koreya – 5 qızıl, 4 gümüş, 6 bürünc (15)

8. Niderland – 3 qızıl, 7 gümüş, 5 bürünc (15)

9. Fransa – 3 qızıl, 5 gümüş, 5 bürünc (13)

10. Almaniya – 3 qızıl, 4 gümüş, 9 bürünc (16


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43