Avqustun 3-də Olimpiadada güləş yarışlarında daha 3 çəki üzrə mübarizəyə start veriləcək.
Idmanxeber.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib. Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) – Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.
Qeyd edək ki, 87 kq-ın görüşləri C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.