İdman

Tokio-2020: Güləşçimizin ilk rəqibi müəyyənləşdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun ilk rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq.

Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər avqustun 5-də Bakı vaxtı ilə saat 06:30-da start götürəcək. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, İslam Abbasov (87 kq) və qadın güləşçi Elis Manolova (68 kq) olimpiadanı medalsız bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43