Dünya futbolu

Tomas Müller: “Meydanda dominantlıq etdik”

“Azərbaycana qarşı keyfiyyətli oyun göstərdik”.

İdmanxeber.com-un məlumatına görə,  bu sözləri Almaniya millisinin üzvü Tomas Müllerə məxsusdur. DÇ-2018-in seçmə mərhələsinin V turunda millimizin qonağı olan Bundestim qələbə qazanıb – 1:4.

Almaniya mətbuatına açıqlama verən Müller matç haqda fikirlərini bildirib. O, öz oyunlarından narazı qalmadığını deyib:

“Erkən qol vurmalı idik və çox keçmədi ki, bu imkanı qazandıq. Amma daha sonra qapımızda qol gördük. Buna baxmayaraq, yenidən hesabı öz xeyrimizə dəyişə bildik. Lakin bu, o qədər də yetərli deyildi. Oyunumuzdan razı qalmaq üçün növbəti qolları da vurmalı idik. Bunu da bacara bildik. Fikrimcə, 90 dəqiqə ərzində meydanda dominantlıq etdik”.

Qeyd edək ki, hazırda aktivində 15 xal olan Almaniya millisi C qrupunun lideridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43