09 Yanvar 2025
Kateqoriyasız

Toni Adams: “Azərbaycanda Dubay, Moskva və İstanbul şəhərlərinin müəyyən elementləri var”

“Qəbələ” klubunun sabiq baş məşqçisi Toni Adams Britaniyanın “Daily Mail” qəzetinə müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, Adams Azərbaycanın istirahət üçün ən sevimli məkan olduğunu bildirib:

“Azərbaycan istirahətim üçün ən sevimli məkandır. Orada 4 il çalışmışam. Bu ölkəni təsvir etmək çətindir. Azərbaycanda Dubay, Moskva və İstanbul şəhərlərinin müəyyən elementləri var”.

Qeyd edək ki, Toni Adams hazırda “Qəbələ” klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43