Kateqoriyasız

Toni Adams: “Komandamız növbəti mərhələyə vəsiqə qazanacaq”

"Rəqib komanda çox gənclərdən ibarətdi, sürətli futbol oynayırlar. İnanıram ki, bu gün komandamız ən azından bir qol vurub növbəti məhələyə vəsiqə qazanacaq".

Bunu idmanxeber.com-a açıqlamasında "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams deyib.

Təcrübəli mütəxəssis daha sonrasözlərinə belə davam edib::

"Aleksandr İaşvili komandanın ən tanınmı futbolçularındandı. Tbilisidə oyuna daxil oldu və matçın müqəddaratını da həll etdi. "Dinamo" üçün xeyirli işlər gördü. Oyundan bir həftə keçib, düşünürəm ki, aş məşqçimiz lazımı analizləri edib və hər şeyi yaxşı edib. Baş məşqçimiz daha yaxşı bilir, "Dinamo"nun zəif və güclü nöqtəsi haradı".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43