Ölkə futbolu

Toni Doblas: “Azərbaycan futbolunda pul çox olsa da, səviyyə aşağıdı”

“Xəzər Lənkəran”da ayrılan ispan qapıçı Toni Doblas ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.

O, müsahibəsində “Xəzər Lənkəran”da oynamaqdan heç də məmnun olmadığını deyib:

“Mənə öncədən Bakıda məskunlaşacağımız deyilmişdi. Amma Azərbaycana gedəndən sonra məlum oldu ki, komanda İranla sərhəddə yerləşir. Ora paytaxtdan dörd saatlıq yol var. İşlər yaxşı getdiyi üçün buna dözməli oldum. Ölkə kubokunun finalında oynadıq, Avropa Liqasına vəsiqə qazandıq. Lakin Avroliqada Hayfa “Makkabi”sinə (İsrail) uduzandan sonra hər şey alt-üst oldu. Azərbaycan futbolunda pul çox olsa da, səviyyə aşağıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43