Ölkə futbolu

Topaz Premyer Liqasının 5-ci turu brazilyalılar üçün əlamətdar oldu

Topaz Premyer Liqasının 5-ci turu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo və “Qarabağ”ın hücumçusu Reynaldonun yubiley qolları ilə əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə,  “Xəzər Lənkəran”la qarşılaşmada komandasının qələbə qolunu vuran Flavinyo Azərbaycan çempionatlarında 30-cu dəfə fərqlənib. AZAL-la qarşılaşmada 3:0 hesablı qələbəyə 1 qolla töhvə verən Reynaldo isə bu göstəricidə 25-ə çatıb. Braziliyalılar yubiley qolları ilə Premyer Liqada ən çox qol vuran legionerlərin siyahısında irəliləyib. Flavinyo uruqvaylı Valter Quqlemonla birlikdə 14-cü, Reynaldo isə Robertas Poşkus və Zohair Benouahi ilə 20-ci yerə şərikdir. “Neftçi”nin yarımmüdafiəçisi braziliyalılar arasında 3-cüdür. O, yalnız Leandro Qomeş (41) və Junivan Suaresdən (40) geri qalır. “Qarabağ”lı isə bu 3 həmyerlisindən başqa, Junior Nildo (29) və Fabio Luis Ramimdən (27) sonra 6-cıdır. Hər iki braziliyalı bütün qollarını  öz klubunun heyətində vurub. Onlar bu komandaların tarixində çempionatda ən çox fərqlənən 10-luğa daxildir. Reynaldo bu siyahıda 8-ci, Flavinyo 9-cudur.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43