21 Fevral 2025
Ölkə futbolu

Toral Bayramov Ağdama getdi, əfsanəni unutmadı – FOTO

“Qarabağ”ın futbolçusu Toral Bayramov Ağdama yollanıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə 24 yaşlı müdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib.

Bayramov “Qarabağ”ın əfsanəsi olan Allaverdi Bağırovun da məzarını ziyarət edib. O, həmin vaxt çəkdirdiyi fotonu paylaşaraq yazıb:

“Ruhun şad olsun, kapitan”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43