08 Sentyabr 2024
Ölkə futbolu

“Toral Bayramov Türkiyənin 3 böyük klubunda oynaya bilər”

Türkiyə mətbuatı “Qarabağ”ın müdafiəçisi Toral Bayramovun “Qalatasaray”a keçəcəyi barədə xəbərlər dərc edir.

İdmanxeber.az-ın məlumatına görə, son olaraq “NTV Spor” nəşri də İstanbul klubunun millimizin üzvü üçün ciddi təmaslarının olduğunu bildirib. Məsələ ilə bağlı azərbaycanlı futbol menecer Elvin Zeynalov da Türkiyə saytına açıqlama verib:

“İki qardaş ölkənin futbolçularını bir komandada görmək xoş olar. Azərbaycanda çox istedadlı oyunçular var. Onlar sizin futbolunuza çox xeyir verə bilər. Türkiyə liqaları azərbaycanlı oyunçular üçün də çox faydalıdır. Toral Bayramov Türkiyənin 3 böyük klubunda oynaya bilər. Onunla yanaşı, Turan Manafov, Ruslan Hacıyev və digər oyunçuların adlarını çəkmək olar”.

Xatırladaq ki, ötən günlərdə “Qalatasaray”ın futbol direktoru Cenk Ergün “Səbail” – “Qarabağ” matçını stadiondan izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43