Avstriya millisinin yarımmüdafiəçisi Nikolas Zayvald dünən Toral Bayramovun son dəqiqədə əldən verdiyi yüzfaizli qol epizodunu şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, o, həmin epizodda bəxtlərinin gətirdiyini deyib:
“Toralı qapının önündə tək dayandığını görəndə sadəcə dua etməyə başladım ki, qol olmasın. Zərbədən sonra top dirəyə dəyəndə çox rahatlaşdım. Həmin epizodda bəxtimiz gətirdi, amma sonda biz qələbəyə layiq idik”.
Xatırladaq ki, Azərbaycanla dünənki matçda 1:0 hesabı ilə qələbə qazanan Avstriya “Avro-2024″ə vəsiqəni təmin edib.