Kateqoriyasız

“Torino”nun sabiq üzvü “Qarabağ”da? – klubdan açıqlama

“Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu monteneqrolu müdafiəçi Marko Veşoviçi transfer edib. O, həm sağ, həm sol cinahda oynaya bilir. Əsasən sağ cinahda çıxış edir. Son oyunlarda milli komandası olan Monteneqroda isə sol vinger kimi də oynayıb. (qol.az)

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə İdmanxeber.az-a açıqlamasında xəbəri nə təkzib, nə də təsdiq edib:

“Transfer çalışmalarımız davam edir. Hər hansı bir futbolçu ilə müqavilə imzaladığımız an rəsmi şəkildə açıqlayacağıq.”

Qeyd edək ki, son olaraq “Legiya”da (Polşa) oynayan Veşoviç “Torino” (İtaliya), “Srvena Zvezda” (Serbiya), “Rijeka” (Xorvatiya) kimi klublarda da çıxış edib. Monteneqro millisinin üzvü yığmada 30 oyuna 3 qol vurub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43