Daha əvvəl karyerasını bitirdiyini açıqlayan Fernando Torres bu gün son oyununa çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvardın çıxış etdiyi Yaponiyanın “Saqan Tosu” klubu “Vissel Kobe” ilə qarşılaşacaq. Sözügedən qarşılaşma Torresin futbolçu karyerasında son – vida oyunu olacaq.
O, klub səviyyəsində “Atletiko”, “Liverpul”, “Çelsi”də çıxış edib. İpaniya millisində 110 dəfə forma geyinən Torres, yığmada 38 qola imza atıb.