Ölkə futbolu

“Toşak artıq Azərbaycan çempionatını ciddiyə almalıdı”

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçər Cənub klubunun hal-hazırkı durumunu dəyərləndirib.

İdmanxeber.com-a danışan türkiyəli mütəxəssis Toşakın Azərbaycan çempionatınının asan olmadığını anlamağa başladığını bildirib:

“Futbolda belə şeylər olur. Uğursuzluq hər komandanın başına gələ bilər. Toşak artıq Azərbaycan çempionatını ciddiyə almalıdı. Bu qədər itirilən xaldan sonra yəqin ki, artıq Azərbaycan çempionatını ciddiyə alacaq”.

Biçer daha sonra 6 oyunda qazanılan 6 xalı şərh edib:

“Çempionluq yolunda vacib xallar itirib “Xəzər Lənkəran”. Burda “Neftçi”, “Qarabağ” kimi iddialı komandalar var. “Xəzər Lənkəran” üçün asan olmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43