Topaz Premyer Liqasının 3-cü turunun mərkəzi qarşılaşmasında “Xəzər Lənkəran”ı qəbul edən “Qarabağ” rəqibini 2-0 hesabı ilə məğlub etdi və bir günlük aradan sonra yenidən turnir cədvəlinin zirvəsinə şərik oldu.
İdmanxeber.com sizə oyunsonrası məşqçi fikirlərini təqdim edir.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Nəticələrə görə məsuliyyət mənim üzərimə düşür. 35 illik məşqçi karyeram var. Karyeram boyu uğurlarla yanaşı uğursuz günlərim də olub”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Çox yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdə topla yaxşı davrana bilmədik, dəqiqələr keçdikcə öz oyunumuzu tapdıq. “Xəzər Lənkəran” ilk üçlükdə olmalı komandadır. Yeni hücumçunun gəlməsi ilə “Xəzər Lənkəran” güclənib. Fikrimcə, “Xəzər Lənkəran”a yalnız qələbə çatışmır”.