Son zamanlar “Xəzər Lənkəran”ın əsas qapıçılarından biri olan Orxan Sadıqlını komandanın baş məşqçisi Toşak sən demə, məcburiyyətdən oynadırmış. Bu barədə maraqlı məlumat əldə etmişik.
Belə ki, AFFA-nın qərarına əsasən hər komandada əsas heyətdə bir 21 yaşlı futbolçu yer almalıdır. Cənubluların qapıçısı Orxan Sadıqlı da 20 yaşı var.
Əldə etdiyimiz məlumata görə, bu qərar “Xəzər Lənkəran”ın məşqçilər korpusunun bütün planlarını alt-üst edib. Toşak oyunlara əsas heyətdə komandanın braziliyalısı və daha təcrübəli qapıçısı olan Duqlas Leyteni çıxarmaq istəyirmiş. Lakin bu qərar çalışdırıcını məyus edib və uelsli mütəxəssis Orxanı əsas heyətdə oynatmağa məcbur olub. Əldə etdiyimiz digər məlumata görə isə Toşak bundan sonra Duqlas Leyteni əsas heyətdə meydana çıxaracaq. Mütəxəssisin Leyteni əsas heyətdə oynamaq istəməsinə səbəb, qolkiperin məşqlərdə öz oyunu ilə məşqçilər korpusu tərəfindən bəyənilməsidir.